RUSİYA

Putin Səudiyyə Ərəbistanının şahzadəsi ilə görüşə bilər

Qaşıqçı olayından sonra Səudiyyə şahzadəsi ilk dəfə ölkə xaricinə gedəcək
Sputnik

 

BAKI, 21 noyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd Bin Salmanla görüşə bilər. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, jurnalist Camal Qaşıqçının İstanbuldakı Səudiyyə Ərəbistanının səfirliyində öldürülməsindən sonra şahzadə ilk dəfə olaraq ölkə xaricinə səfər edəcək. Noyabrın 3-unda G-20 toplantısı ilə əlaqədar şahzadənin Argentinaya səfəri gözlənilir.

Bu səfər çərçivəsində isə Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının şahzadəsi ilə görüşməyi planlaşdırır. Rəsmi Kremlin yaydığı açıqlamada belə deyilir.

Qeyd edək ki, bir sıra dövlət başçıları və nazirlər 30 noyabr – 1 dekabr tarixlərində baş tutacaq G-20 zirvə görüşünə qatılacaq. Həmçinin Fransa prezidenti Emanuel Makron, İngiltərənin baş naziri Tereza Mey, Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin, Kanada prezidenti Castin Trüdo və Ağ Ev rəhbəri Donald Trampın da görüşə qatılması gözlənilir.