Nazir kadr dəyişikliyi edib

İnstitut direktoruna yeni vəzifə verilib
Sputnik

BAKI, 21 noyabr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyində (KTN) kadr dəyişikliyi olub. KTN-in İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Nazirlik yanında Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin (AEİMM) Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Tariyel Həsənov Mərkəzin direktor müavini təyin edilib.

Bununla bağlı nazir İnam Kərimov əmr imzalayıb.

V.Hüseynovun sözlərinə görə, AEİMM-in tərkində 9 institut fəaliyyət göstərir.