RUSİYA

Xəzəryanı ölkələrin jurnalist təşkilatlarının ittifaqı yaradıla bilər

Vladimir Solovyov: "Prezident İlham Əliyevlə ölkələrimiz və jurnalistlər arasındakı əlaqələr barədə danışdıq"
Sputnik

BAKI, 21 noyabr — Sputnik. "Biz Rusiyada söz azadlığının inkişafı üçün jurnalistlərlə iş aparırıq". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov deyib.

O bildirib ki, jurnalistlər hər zaman bacarıqlarını təkmilləşdirməli, yeni texnologiyalardan istifadə bacarıqlarını artırmalıdırlar: "Səfərim zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildim. Bu görüşdə bizim ölkələr və jurnalistlər arasındakı əlaqələr barədə danışdıq. Bundan başqa biz Xəzər regionunda jurnalist təşkilatlarının ittifaqının yaradılmasını müzakirə etdik".