BAKI, 21 noyabr - Sputnik. Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia Azərbaycana səfər edib. Sputnik Azərbaycan-a bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, general-mayor Vladimer Çaçibaia Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerin iştirakı ilə keçiriləcək üçtərəfli görüşdə iştirak edəcək.
Məlumatda qeyd olunub ki, Yaşar Gülerin və Vladimer Çaçibaianın rəhbərlik etdikləri nümayəndə heyətləri noyabrın 21-də Şəhidlər xiyabanını ziyarət ediblər.
Qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsi önünə, eləcə də şəhid məzarlarına əklil və gül dəstələri qoyublar.