MƏDƏNİYYƏT

Muğam Mərkəzində Sputnik-in haqqında yazdığı fiziki qüsurlu qızın sərgisi keçiriləcək

Gənc rəssam Günay Məmmədli haqqında Sputnik Azərbaycan-da gedən yazıdan sonra onun yaradıcılığına diqqət artıb
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 21 noyabr — Sputnik. Bakıdakı Beynəlxalq Muğam Mərkəzində gənc rəssam Günay Məmmədlinin rəsm sərgisi təşkil ediləcək.

Bu barədə Sputnik Azərbaycan-a rəssamın atası məlumat verib. 

Gənc rəssam Günay Məmmədli haqqında Sputnik Azərbaycan-da gedən yazıdan sonra onun yaradıcılığına diqqət artıb. Rəssamın atasının verdiyi məlumata görə, bu gün Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsindən zəng edib onunla əlaqə saxlayıblar. Komitədən bildirilib ki, noyabrın 29-da Muğam mərkəzində gənc rəssam Günay Məmmədlinin sərgisinin keçirilməsi planlaşdırılıb. Buna görə Günay Məmmədlinin 25 ən yaxşı əsəri sərgiyə təqdim olunmalıdır.

Günayın ailəsi dəvəti məmnuniyyətlə qəbul edib.