HADİSƏ

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub
Sputnik

BAKI, 21 noyabr — Sputnik. Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 38 m2 olan 2 otaqlı mənzilin eyvanında qaz sobası yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Yanğın zamanı 4 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.