HADİSƏ

Mədəndə bədbəxt hadisə baş verib, ölən var

Xilasetmə qrupu 35 yaşlı M.Ç-nin meyidini tapıb
Sputnik

BAKI, 20 noyabr — Sputnik. Türkiyənin Kayseri bölgəsində bədbəxt hadisə baş verib.

Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, sink mədənində bədbəxt hadisə baş verib. Belə ki, mədənin bir hissəsində uçqun olub. Nəticədə mədənin 400 metr dərinliyində işçi dağıntılar altında qalıb. Xilasetmə qrupu 35 yaşlı M.Ç-nin meyidini tapıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.