Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov hadisə yerinə gəlib. Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dağıntılar altından bir cəsəd tapılıb, daha bir şəxs isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.
Hal-hazırda hadisə yerində xilasetmə işləri davam edir.