BAKI, 20 noyabr — Sputnik. Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan hüquq-mühafizə orqanlarının işinə qarışmaq niyyətində deyil. Sputnik Ermənistan xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında 1 mart 2008-ci il hadisələri ilə bağlı sabiq prezident Serj Sarqsyanın niyə sorğuya çağrılmaması barədə suala cavablandırarkən bildirib.
"Hamını növbə ilə tutmaq və həbs etmək lazım idi? Çoxları bizi onu tutmadığımıza görə ittiham edirlər. Əgər mən desəm ki, biz onu gələn həftə tutacağıq, onda məni istintaqa təzyiq göstərməkdə şübhəli biləcəklər",
Onun sözlərinə görə, "məxməri inqilabdan sonra çoxları deyirdi ki, bütün bu hadisələr Serj Sarqsyan və Mikale Minasyan tərəfindən ssenariləşdirilib": "Belə cəfəngiyatları iddia edənlər milyonlarla həmvətənlərini təhqir edir".
Paşinyan qeyd edib ki, Sarqsyana qarşı münasibət dəyişməyib.