FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

"Payızın iki səhvsiz səsi var..."

Sputnik

BAKI, 19 noyabr - Sputnik. “Payızın iki səhvsiz səsi var: Xırçıldayan yarpaqların xışıltısı, küçə boyunca təqib olunan şiddətli külək və köçəri quşların cikkildisi..." Nabranın küçələrində addımladıqca adını xatırlamadığım bir dahinin payızla bağlı dediyi bu fikirlər qulağımızda cingildəyir.

Ayaqlarımızın altında qızılı yarpaqlar əzilir, başımızın üzərində isə köçəri quşlar son nəğmələrini oxuyur. Xoşbəxtlikdən bu dəfə şiddətli külək əsmir. Nəticədə Nabran küçələrində, sanki təbiətin ən qiymətli, ən dəyərli, ən ecazkar xalısı salınır. Məftunedici mənzərədən ehtirasa gəlmiş quşlar isə səs-səsə verib bu gözəlliyi vəsf edir.

Şiddətli külək, gur yağış bu Tanrı möcüzəsinə zaval vermədən, Sputnik Azərbaycan-ın obyektivi Nabrandakı payızın rəngli xalısını lentə alıb. “Yüz eşitməkdənsə, bir görmək yaxşıdır” – deyib atalarımız. Biz də həmin fotoları təqdim edirik ki, payızın səhvsiz gözəlliyini siz də görəsiniz...

1 / 17
Nabranda payız
2 / 17
Nabranda payız
3 / 17
Nabranda payız
4 / 17
Nabranda payız
5 / 17
Nabranda payız
6 / 17
Nabranda payız
7 / 17
Nabranda payız
8 / 17
Nabranda payız
9 / 17
Nabranda payız
10 / 17
Nabranda payız
11 / 17
Nabranda payız
12 / 17
Nabranda payız
13 / 17
Nabranda payız
14 / 17
Nabranda payız
15 / 17
Nabranda payız
16 / 17
Nabranda payız
17 / 17
Nabranda payız