Məşhur şirkətin rəhbəri həbs olundu

"Nissan Motor"un rəhbəri həbs edildi
Sputnik

BAKI, 19 noyabr — Sputnik. "Nissan Motor" və "Renault" avtomobil şirkətlərinin rəhbəri Karlos Qon həbs edilib. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, Karlos Qon yaponiyalı hakimin qərarı ilə Tokioda həbs edilib. Bu haqda ilkin olaraq Yaponiyanın aparıcı media orqanı olan "Ashai Media Group"da məlumat yayılıb.

Qeyd olunub ki, hakim Karlos Qonu maliyyə hesabatlarını düzgün göstərmədiyi üçün həbs etmək haqda qərar çıxarıb. Hakimin sözlərinə görə, Karlos Qon maliyyə hesabatlarında vergi gəlirlərini azaltdığı kifayət qədər azaldıb.

Bundan başqa, şirkət rəhbəri maliyyə mübadiləsi ilə bağlı yaranan pozuntulara görə təqsirləndirilib.