CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İcazəsiz ova cəhd edən şəxslər saxlanıldı

Saxlanılan şəxslərdən ov tüfəngləri götürülüb
Sputnik

 

BAKI, 19 noyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonu, Mehmangöl adlanan ərazidə reyd keçirilib. Sputnik Azərbaycan-n məlumatına görə, nazirlikdən bu haqda məlumat verilib. Qeyd olunub ki, reyd zamanı icazəsiz ova cəhd edən 3 nəfər saxlanılıb.

Araşdırma zamanı brakonyerlərin Kürdəmir rayon sakini Elşad Məmmədov və Bakı şəhər sakinləri Elşad Güllərov, Əlabbas Hüseynov olduğu müəyyən edilib. Onlardan 3 ov tüfəngi götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən ümumilikdə 3000 manat məbləğində cərimə tətbiq olunub.