CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Balaca dəb sevərlər podiumları fəth ediblər

“Little Models Agency” uşaq model agentliyinin modelləri tanınmış yerli uşaq brendlərinin kolleksiyalarını təqdim ediblər. Sputnik Azərbaycan isə “Little Miracle” adlı uşaq dəb nümayişinin ən parlaq anlarını lentə alıb.
Sputnik

Kolleksiyaları “Солнышко” İnkişaf mərkəzinin modelləri təqdim edib. Bu balaca dəb sevərlər Fəxriyyə Ələsgərzadənin “Little Models Agency” layihəsində iştirak edirlər. Təşkilatçıların sözlərinə görə, bu cür nümayişlər ildə ən azı üç kəs keçirilir.

Bu dəfə azərbaycanlı dizaynerlərin hər zövqü oxşayacaq libas və obrazları təqdim olunub. Gənc modellər həm xüsusi günlər üçün, həm də dəbli gündəlik obrazlar nümayiş etdiriblər.