CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daşkəsəndə gənc oğlan bıçaqlandı

Faktla bağlı araşdırma aparılır
Sputnik

BAKI, 19 noyabr - Sputnik. Axşam saatlarında Daşkəsən rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1995-ci il təvəllüdlü rayon sakini Elvin Rəfi oğlu Məmmədov kürək nahiyəsindən bıçaqlanıb.

Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.