HADİSƏ

Qaxda it qoca kişiyə hücum edərək onu xəstəxanalıq etdi

İt qocanı yerə yıxaraq qollarını gəmirib və bədəninin müxtəlif yerlərini dişləyib
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 noyabr - Sputnik. Qax rayonunda 81 yaşlı kişiyə öz bağ sahəsində it hücum edib.  

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə bu gün saat 11:30 radələrində rayonun Qaratala kəndində baş verib.

İtlər qoxu ilə xəstəlikləri tapacaq

Kənd sakini, 1937-ci il təvəllüdlü Abdullayev İsmayıl Abdulla oğlu bağ sahəsini yoxlamağa gedərkən qonşunun itinin hücumuna məruz qalıb. Qoca özünü itdən müdafiə etməyə çalışsa da, ona gücü çatmayıb. İt qocanı yerə yıxaraq qollarını gəmirib və bədəninin müxtəlif yerlərini dişləyib. Səs-küyə hadisə yerinə gedən qonşular kişini itin caynağından güclə xilas ediblər. İsmayıl Abdullayevi təcili olaraq Qax şəhər Mərkəzi Xəstəxanasına çatdırıblar.  

Xəstəxanadan əməkdaşımıza verilən məlumata görə, hazırda qocaya ilkin tibbi yardım göstərilir. Onun vəziyyəti ağırdır.