Xərçəng xəstəsi olan körpənin son sözləri hamını hönkürtdü – FOTOLAR

"Ana, baş verənlərə görə çox üzgünəm. Artıq nə etmək lazımdır, bilmirəm"
Sputnik

BAKI, 17 noyabr — Sputnik. İki ildir xərçənglə mübarizə aparan 5 yaşlı Çarli Proktorun son sözləri hər kəsi ağladıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ölümündən bir neçə saat öncə Çarlinin anası sosial şəbəkə profilində oğlunun son sözlərini yazıb. 2016-cı ildən qaraciyər xərçəngindən əziyyət çəkən Çarli, son saatlarda “ana, baş verənlərə görə çox üzgünəm” deyib.

Xərçəng xəstəsi olan körpənin son sözləri hamını hönkürtdü – FOTOLAR

Qeyd edək ki, xəstəliyi ilə əlaqədar olaraq Çarliyə qaraciyər köçürülməli idi. Ailəsi onun üçün lazım olan bütün vəsaiti topladıqda isə xəstəxana işçiləri onlara orqan köçürülməsi üçün toplanan puldan 3 dəfə çox ödəməli olduqlarını bildiriblər. Lakin qısa zaman ərzində ailə bu vəsaiti toplaya bilməyib.

Xərçəng xəstəsi olan körpənin son sözləri hamını hönkürtdü – FOTOLAR

Çarlinin anası Ember oğlu ölməmişdən öncə bunu yazıb: “Oğlum yorğun və üzgündür. “Artıq nə etmək lazımdır, bilmirəm”dən başqa heç nə demir. Bu gün yatağa uzandı. Sonra ayağa qalxdı. Kresloya uzandı. Yuxarı çıxdı. Sonra yenə uzandı. Çarli zəif səslə “Ana, başıma gələnlərə görə çox üzgünəm” dedi. Amma bu onun günahı deyil! İçim yandı. Çarli yaşında uşaq belə şeylər hiss etməməli, belə cümlələr qurmamalıydı”.

Xərçəng xəstəsi olan körpənin son sözləri hamını hönkürtdü – FOTOLAR

Bu yazıdan saatlar sonra Çarli anasının qolları arasında dünyasını dəyişib. Son nəfəsini verən zaman atası da başının üstündə olub.

Anası bundan sonra bir daha yazıb: “Dünən gecə dünyada ən çox sevdiyim və ən yaxın dostum Çarli qollarım arasında son nəfəsini verdi. Atası da yanındaydı. Nə qədər canım ağrıdığını bilə bilməzsiniz”.