Rusiya “Su-57” təyyarəsi ilə bağlı qərar verdi

"Su-57" qırıcı təyyarəsi kütləvi şəkildə istehsal ediləcək
Sputnik

BAKI, 17 noyabr — Sputnik. Rusiyanın “Su-57” yeni nəsil təyyarələri növbəti ildən etibarən kütləvi şəkildə istehsal olunacaq.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, özəllikləri ilə seçilən bu təyyarələr uzun sınaqlardan sonra bu dəfə kütləvi istehsal olunacaq. Qırıcı təyyarələr eyni anda 30 hava hədəfini təqib edə biləcəklər.

Təyyarənin əsas özəlliklərindən biri təyyarənin onun hər bucağına yerləşdirilən antenalardır. Təyyarə məhz bu antenalar vasitəsilə eyni anda daha çox hədəfi təqib edə biləcək.

Qeyd edək ki, ilk uçuşu 2010-cu ildə həyata keçirilən “Su-57” təyyarəsi 8 ildir ki, sınaqlardan keçirilir.