İlahiyyatçı: “İslamda cinçıxarma deyilən bir şey yoxdur”

İlahiyyatçı Elşad Miri deyir ki, belə bir şeylərin nə Quranla, nə də peyğəmbərin yaşantısı ilə əlaqəsi yoxdur
Sputnik

“Bəziləri cinçıxarmanı biznes halına gətirib insanlardan istifadə edirlər”. Bunu Sputnik Azərbaycan-a cinçıxarma haqqında danışarkən ilahiyyatçı Elşad Miri deyib.

İlahiyyatçı bildirib ki,  hələ ötən əsrdə yaşamış klassiklərimizin mübarizə apardığı cəhalət bu gün də öz aktuallığını qoruyur: “Mövhumat bugün də davam edir. Qurani Kərimdə cinçıxarma deyilən bir şey yoxdur. Belə şeylərin nə Quranla, nə də peyğəmbərin yaşantısı ilə əlaqəsi yoxdur. Bu gün hansısa şizofreniyanı ayə, dua oxumaqla müalicə etməyə çalışırlar. Quran isə insanı xəstə təxəyyülərdən arındırması ilə şəfadır”.

Qeyd edək ki, bir neçə gün öncə Şabran rayonunda 6 nəfər bir şəxsi “cin çıxarmaq” üçün döyərək öldürüb.

Elşad Mirinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz