CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının bir hissəsində su olmayacaq

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar aparılan təmir işləri bu gün axşam saatlarında müvəqqəti dayandırılacaq
Sputnik

BAKI, 17 noyabr — Sputnik. Bu gün Bakının Xətai rayonunda içməli suyun verilməsi ilə bağlı yaranmış fasilə yaxın saatlarda aradan qaldırılacaq. Lakin sabah sözügedən ərazidə suyun verilişində yenidən məhdudiyyət yaranacaq.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bunu "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar aparılan təmir işləri bu gün axşam saatlarında müvəqqəti dayandırılacaq: "Suyun verilməsi müvəqqəti bərpa ediləcək. Təmir işləri sabah davam etdiriləcək. Təmirlə bağlı sabah da qeyd olunan ərazidə suyun verilməsi məhdudlaşdırılacaq. Təmir işləri sabah yekunlaşacaq".