BAKI, 16 noyabr-Sputnik. 2019-cu ildən işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı "İşsizlikdən sığorta haqqında" qanun layihəsinə dəyişikliyin edilməsi təklif olunur.
Dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunur.
Qeyd edək ki, “İşsizlikdən sığorta haqqında” Qanunda deyilir ki, işsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir: sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi".