Türkiyədə hərbi bazada partlayış: Ölən və yaralananlar var

Vertolyotla xəstəxanaya aparılan yaralı əsgərlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir
Sputnik

BAKI, 16 noyabr — Sputnik. Türkiyədə Şırnak vilayətinin Uludərə rayonunda hərbi baza ərazisində partlayış olub.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, partlayış nəticəsində bir əsgər şəhid olub, 4 əsgər yaralanıb.

Partlayış atış təlimi zamanı baş verib.

Vertolyotla xəstəxanaya aparılan yaralı əsgərlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.