Müsəlmanlara qənim kəsilmiş dövlətdən növbəti zərbə

Xatırladaq ki, uzun illərdir Myanmada müsəlmanlara qarşı soyqırım aparılır
Sputnik

BAKI, 16 noyabr — Sputnik. Myanmada müsəlmanlara qarşı soyqırım davam etməkdədir. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, Myanmanın İmmiqrasiya İdarəsi bu gün səhər saatlarında 106 müsəlmanın olduğu qayığı saxladıqlarını açıqlayıb. 

ABŞ Myanma qətliamına reaksiya verdi

Müsəlmanlar Myanmanın şimalında yerləşən Yanqon şəhərində saxlanılıb. Ölkənin İmmiqrasiya İdarəsinin məlumatına görə, Arakandan olan bu müsəlmanlar qeyri-qanuni yolla sərhədi keçiblər. Myanma və Banqladeşdən olan arakanlıların köçlərinin əsas istiqaməti isə Malayziyadır.

Rəsmi qurumun məlumatına görə, saxlanılanların 50-si kişi, 31-i qadın, 25-i isə uşaqdır.

Xatırladaq ki, uzun illərdir Myanmada müsəlmanlara qarşı soyqırım aparılır.

BMT-nin rəsmi hesabatına görə, 2015-ci ildə 700 mindən artıq müsəlman bu törədilən soyqırımla əlaqədar torpaqlarından didərgin düşüblər.