İki nazir müavini ilə bağlı yeni qərar verildi

Bu vəzifəyə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla İdris İsayev təyin olunub
Sputnik

BAKI, 16 noyabr - Sputnik. Təhsil naziri Ceyhun Bayramova yeni müavin təyin edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu vəzifəyə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla İdris İsayev təyin olunub.

Qeyd edək ki, İdris İsayev bu təyinata qədər Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.