CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abel Məhərrəmovun vəzifəsini icra edən şəxsin adı açıqlandı

Cəsarət Valehov universitetinin prorektorlarının da işdən azad edilməsi ilə bağlı yayılan məlumatları təkzib edib
Sputnik

BAKI, 16 noyabr — Sputnik. Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifələrinin icrası universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilib.

Sputnik Azərbaycan Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib.

C.Valehov universitetinin prorektorlarının da işdən azad edilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov dünən vəzifəsindən azad edilib.