CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Babək prospektindən nəhayət xoş xəbər gəldi

“Hazırda prospektdə 1 km məsafədə asfaltlanma işləri aparılır”
Sputnik

BAKI, 16 noyabr — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Babək prospektində gördüyü işləri dekabrın 10-na qədər tam yekunlaşdıracaq və yolu istifadəyə verəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verib.

“Hazırda prospektdə 1 km məsafədə asfaltlanma işləri aparılır”, - deyə o əlavə edib.