CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkəyə xeyli miqdarda qaçaq dərman gətirilməsinin qarşısı alındı

Dərman preparatları nəqliyyat vasitəsinin arxa yük yerində, salonda və qapısındakı örtüklərin arxasında tapılıb
Sputnik

BAKI, 15 noyabr — Sputnik. Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Xanoba" gömrük postunda Rusiyadan qayıdan, Azərbaycan vətəndaşına məxsus "Mercedes-Benz Sprinter" markalı avtomobil saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Ölkəyə xeyli miqdarda qaçaq dərman gətirilməsinin qarşısı alındı

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin arxa yük yerində, salonda və qapısındakı örtüklərin arxasında 600 flakonda və 600 ampulda "Qonadotropin Хоrioniçeskiy", 36 ədəd şprisdə "Soviqripp", 270 flakon "Karipain", 7 ədəd 1 ml-lik şpris, 7 ədəd 0.25 mq-lıq "Cetrotid" maddəsi olan flakon, 14 ədəd inyeksiya üçün iynə, 14 ədəd spirtli tampon olmaqla 35 ədəd şpris, 35 ədəd flakon, 98 ədəd iynə və 98 ədəd spirtli tampon olan "Cetrotid Cetroliks 0.25 mq", 8910 kapsul "Veroşpiron 50 mq", 509 ədəd şüşə flakonda "Karipazim 350 PE", 62 qutu- hər qutuda 1 ədəd 0.480 ml-lik ampulda hazır məhlul və 6 ədəd iynə olmaqla, cəmi 62 ədəd ampula və 372 ədəd iynə olan "Pureqon 300ME/0.36ML", 2 qutu - hər qutuda 1 ədəd 0.840 ml-lik hazır məhlul olan ampula və 6 ədəd iynə olmaqla, cəmi 2 ədəd ampula və 12 ədəd iynə olan "Pureqon 600 ME/0.72 ml", 15 ampula "Panavir", 5 ədəd 0.5 ml-lik hazır məhlullu şprisdə olan "Orqalutran", 1170 ampulda "Cerukal 10 mq/2 ml", 280 həb "Hepcinat Lp" adlı dərman preparatları aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.