Milli Məclis işini başa vurdu

Parlamentdə büdcə müzakirələri başa çatıb
Sputnik

BAKI, 15 noyabr - Sputnik. Milli Məclisdə büdcə müzakirələri başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, parlament sədri Oqtay Əsədov noyabrın 23-dək hökumətə vaxt verib.

"Noyabrın 23-dək büdcə sənədi ilə bağlı hökumətə vaxt veririk. Büdcə ilə bağlı növbəti iclasımız noyabrın 23-də, daha sonra isə noyabrın 30-da keçiriləcək" - deyə O.Əsədov bildirib.