Gədəbəy "ağ örpəyə" bürünüb

Bununla da Gədəbəydə artıq qışın başladığını demək olar
Sputnik

BAKI, 15 noyabr - Sputnik. Gədəbəy rayonuna qar yağıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə rayon sakinləri sosial şəbəkədə məlumat paylaşıblar.

Sosial şəbəkə istifadəçiləri onu da vurğulayıblar ki, bu, rayona yağan ilk qar deyil. Bir ay bundan öncə də Gədəbəyə qar yağıb. Ancaq gecə yağan qar səhərə əriyib.

Gədəbəy "ağ örpəyə" bürünüb

Budəfəki qar isə o qədər də tez əriyənə bənzəmir. Çünki rayonda hava çox soyuqdur, artıq şaxta hiss olunur. Bəlkə də elə bununla da Gədəbəydə artıq qışın başladığını demək olar.

Gədəbəy "ağ örpəyə" bürünüb

Qeyd edək ki, bu ayın əvvəlində Yardımlı rayonuna da qar yağmışdı.