CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çingiz Qənizadə həmkarlarını sərt tənqid etdi

“Kimsə texniki işçiyə arxayın olub parlamentin iclasında iştirak etməyib şəxsi işi ilə məşğul olursa, birdəfəlik şəxsi işi ilə məşğul olmalıdır”
Sputnik

BAKI, 15 noyabr - Sputnik. “Bəzi hallarda demək olmur, jurnalistlər başqa cür yozur. Bəzən olurdu ki, Milli Məclisdə qanun layihələrinin qəbulu zamanı deputatların əvəzinə texniki işçilər səs verirdilər. Bu, parlamentin nüfuzuna xələl gətirir. Doğru olaraq, Konstitusiyaya salındı ki, deputat özü şəxsən səs verməlidir”.

Çingiz Qənizadə Ədliyyə Nazirliyi yanında ictimai komitənin fəaliyyətindən danışdı

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Çingiz Qənizadə deyib.

“Kimsə texniki işçiyə arxayın olub parlamentin iclasında iştirak etməyib şəxsi işi ilə məşğul olursa, birdəfəlik şəxsi işi ilə məşğul olmalıdır. Statusumuza uyğun olaraq bu qanuna dəyişikliyi müdafiə etməliyik” – deyə, deputat əlavə edib.

Ç.Qənizadə Milli Məclisin plenar iclaslarının ikinci hissəsində iştirak etməyən deputatları tənqid edib: “Bəziləri saat 12:00-da Milli Məclisin plenar iclasına gəlir, saat 14:00-dan-fasilədən sonra iclası tərk edir”.