SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanda daha bir ölkənin səfirliyi açılacaq

Notada ikitərəfli münasibətlərin inkişafına verilən önəmin göstəricisi olaraq yaxın zamanlarda Çili səfirliyinin Bakıda açılacağı qeyd olunub
Sputnik

BAKI, 15 noyabr — Sputnik. Çili Respublikası Azərbaycan Respublikasında diplomatik nümayəndəliyini açmaq qərarını verib. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Çili Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Xarici İşlər Nazirliyinə ünvanlanan nota göndərilib. Notada ikitərəfli münasibətlərin inkişafına verilən önəmin göstəricisi olaraq yaxın zamanlarda Çili səfirliyinin Bakıda açılacağı qeyd olunub.