Hazırda Abşeron rayonunun Xırdalan şəhərinin küçələri elə bərbad gündədir ki, yağıntılı havalarda üst-başın batmadan ərazidən keçə bilmirsən. Xüsusilə son günlərdə havanın yağışlı keçməsi Xırdalan sakinləri üçün əməlli-başlıq problemlər yaradıb. Bu vəziyyət Xırdalandan Bakıya gələn sakinlərin ayaqqabılarında, şalvarlarının ətəklərində “məxsusi” olaraq əks olunur.