BAKI, 13 noyabr — Sputnik. Kaliforniyada meşə yanğınlarının qurbanlarının sayı 40 nəfərə çatıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yanğınlar zamanı 200 nəfər itkin düşüb və hazırda onların axtarışları davam etdirilir.
ABŞ prezidenti baş verənlərlə bağlı ərazini "ölüm zonası" adlandırıb və alovla mübarizə aparmaq üçün vəsait ayırıb.
Xatırladaq ki, günəşli Kaliforniyada yanğınlar noyabrın 8-dən davam edir. Yanğınlar zamanı ən çox Paradays şəhəri zərər görüb. Alovlar 7 mindən çox ev və binanı məhv edib. 170 mindən çox sakin Kaliforniyadan təxliyə edilib.
Ledi Qaqa, Şer, rejissor Gilyermo Del Torro və digər məşhurlar güclü yanğın səbəbilə evlərini tərk edib. Ştatın bir neçə ərazisində fövqəladə vəziyyət elan edilib.