BAKI, 14 noyabr — Sputnik. "The Walt Disney" şirkəti, bir ABŞ vətəndaşının prezident Donald Trampı dəstəkləyən afişa nümayiş etdirdiyi üçün, həmin vətəndaşın şirkətin gəzinti parkına və hotellərinə daxil olmasını qadağan edib.
Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, 49 yaşlı Dion Sini parkda əyləncə zamanı afişa nümayiş etdirib. Bununla bağlı şirkət onun parkdan uzaqlaşdırılması barədə qərar qəbul edib.
Şirkətdən verilən açıqlamaya görə, park ərazisində heç bir reklam xarakterli afişa, bayraq və s. qadağandır. Dion Sini isə deyib ki, o, heç bir qayda pozmayıb və şirkəti məhkəməyə verəcək.
Qeyd olunur ki, həmin şəxs bundan əvvəl də bəzi ictimai məkanlarda açıq şəkildə Trampa dəstək nümayiş etdirib.