İQTİSADİYYAT

Putinin Türkiyə səfərinin məqsədi açıqlandı

"Türk axını"nın dənizdən keçən hissəsinin başa çatması münasibətilə mərasim keçiriləcək
Sputnik

BAKI, 14 noyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin noyabrın 19-da Türkiyəyə səfər edəcək.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Türkiyədə "Türk axını"nın dənizdən keçən hissəsinin başa çatması münasibətilə mərasim keçiriləcək. Kremldən verilən yazılı açıqlamada, Rusiya lideri Putinin mərasimdə iştirak etmək üçün İstanbula gedəcəyi vurğulanır.

Açıqlamaya görə, Putin və Ərdoğan mərasimə İstanbuldan video-konfrans vasitəsilə qatılacaq.

Bundan başqa, liderlər İstanbulda ikitərəfli görüş keçirəcəklər. Görüşdə Rusiya-Türkiyə münasibətləri, regional və beynəlxalq problemlər müzakirə ediləcək.