Azərbaycanlının yaratdığı kosmik ölkənin vətəndaşlıq rüsumu bilindi

Çin və Türkiyə vətəndaşları kosmik ölkədə vətəndaşlıq əldə etmək istəyir
Sputnik

BAKI, 14 noyabr — Sputnik. Tarixin ilk kosmik ölkəsi olan Asgardia parlamenti vətəndaşlığın verilməsi üçün dövlət rüsumunu açıqlayıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ölkə parlamentinin sədri Lembit Öpik vətəndaşlığın verilməsi üçün rüsumun 100 avro dəyərində müəyyən edildiyini açıqlayıb.

Azərbaycanlı alim kosmik ölkənin baş naziri seçildi

“Vətəndaşlıq rüsumu millətimizin gələcəyi üçün böyük təsirə malikdir. Bununla biz iqtisadi, siyasi və elmi fəaliyyətlər yürüdə biləcəyik. Həmçinin, bu rüsumla qurucumuz olan İqor Aşurbəylinin hədəflərini də doğrulda biləcəyik”.

Artıq Asgardiada vətəndaşlıq əldə etmək üçün bir sıra ölkələrdən müraciətlər daxil olub. Bu ölkələr sırasında Çin və Türkiyə ilk pillələrdə qərarlaşıb. Asgardianın vətəndaşlığını qəbul etmək üçün Çindən 31 min 853, Türkiyədən isə 29 min 82 nəfər müraciət edib. Asgaridadan isə verilən rəsmi açıqlamada bildirilib ki, müraciətlərin sayı 100 mini ötərsə, bu zaman onlar BMT-yə üzv olmaq üçün müraciət edəcəklər.

Qeyd edək ki, 2016-cı ildə qurulan bu kosmik dövlət üçün dünyanın ən ağıllı, yüksək İQ-lü insanlarına ehtiyac olduğu bildirilir.

Qeyd edək ki, İgor Aşurbəylinin yaratdığı "Asgardia"nın adı Skandinaviya mifologiyasından götürülüb. Kosmik ölkə 12 oktyabr 2016-cı ildə Parisdə təqdim olunub. Onun hazırda 200-dən çox "vətəndaşı" var. BMT-dəyə üzv olmağı hədəfləyən "Asgardia" öz bayrağını və himnini də yaradıb.

Qeyd edək ki, İqor Aşurbəyli 9 sentyabr 1963-cü ildə Bakıda anadan olub. Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədridir. "Almaz-Antey" konstruktor bürosunun sabiq rəhbəri, texnika elmləri doktorudur.

2011-ci ilədək İqor Aşurbəyli on il "Almaz-Antey" baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Onun direktoru olduğu "Almaz" korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan "S-300" və "S-400" raketlərinin istehsalı ilə məşhurlaşıb.