HADİSƏ

Mingəçevirdə inanılmaz olay: Uşaq ipə dolaşaraq boğuldu

Köməksiz vəziyyətdə qalan 8 yaşlı uşaq orada boğularaq ölüb
Sputnik

BAKI, 14 noyabr — Sputnik. Mingəçevir şəhərində 3-cü sinif şagirdi bədbəxt hadisə nəticəsində ölüb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, şəhərin Sahil küçəsində həyətdə yelləncəkdə yellənən uşağın ehtiyyatsızlıqdan boğazına kəndir dolanıb. Köməksiz vəziyyətdə qalan 8 yaşlı uşaq orada boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.