HADİSƏ

Sumqayıtın "Karvan"ında yenə yanğın

Yanğınsöndürənlər tərəfindən 10 nəfər xilas olunub, 60 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
Sputnik

BAKI, 14 noyabr — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Sumqayıt şəhərində "Karvan" ticarət mərkəzinin 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar 25 m² sahədə yanıb.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Hadisə zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər xilas olunub, 60 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Yanğın saat 09:39-da yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.