HADİSƏ

Külli miqdarda dərman ölkəyə buraxılmayıb

Hazırda faktla bağlı araşdırma aparılır
Sputnik

BAKI, 14 noyabr — Sputnik. Rusiya Federasiyası istiqamətindən "Xanoba" gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı avtomobilə gömrük baxışı keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, yoxlama zamanı, avtomobilin yük yerində və salonunda gömrük nəzarətinə bəyan edilməmiş, cəmi 9034 ədəd müxtəlif adda dərman vasitələri aşkar edilib. Faktla bağlı araşdırma aparılır.