CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əhalini narahat edən problemlər parlamentdə qaldırılıb

Fazil Musafa: "Başqa ölkələrdə artımın az və ya çox olmasının bizə aidiyyatı olmamalıdır"
Sputnik

BAKI, 14 noyabr - Sputnik. "Uşaq pulu, tıxac, mənzil dələduzluğu, sayğaclarda limit saxtakarlığı, sökülən evlər, obyektlər və digər məsələlərlə bağlı problemlərin həlli yolları tapılmalıdır".

Komitə sədri narazılıq etdi: "Biz hər 5 ildən bir qaz çəkməli deyilik"

Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib. O bildirib ki, valyuta ehtiyatlarımız 46 milyard dollardan yuxarıdır: "Biz bu vəsaitlərin doğru xəcrlənməsinin yollarını tapa bilsək, israfçılığa yol verməsək, problemləri həll etmiş olarıq. Uşaqların sağlam böyüməsini təmin etməliyik".

"Başqa ölkələrdə artımın az və ya çox olmasının bizə aidiyyatı olmamalıdır. Uşaqların sağlam böyüməsini ona görə təmin etməliyik ki, gələcəkdə DSMF-dən asılı olmasın. İndidən uşaqların sağlamlığına diqqət yetirməli, ərzaq və qida məsələlərini həll etməliyik. Əgər buna hökumət vəsait tapmırsa, bunu natural yolla da həll etmək olar" - millət vəkili bildirib.

Deputat metroda baş verən problemlərdən də danışıb: "Tez-tez metroda insanlar havalanma problemindən əziyyət çəkirlər. Problemin həllini 1 milyon insan metroda havasızlıqdan boğulandan sonra həll edəcəklər? Bu nəqliyyat növü varsa, həllini də tapmalıdır".

"Avtobusların, avtomobillərin sayının çox olmasına görə, küçələrdə hərəkət etmək mümkün deyil. Neçə ildir ki, "Papanin"də yol metro tikintisinə görə bağlanıb və növbəti metro stansiyasının 2020-ci ildə hazır olacağını bildirirlər. Metrodan başqa yol yoxdur. Bakıxanovdan əhali artıq illərdir ki, şəhərə gəlmək üçün 3 nəqliyyat vasitəsindən istifadə edir. Bu məsələlər öz həllini tapmalıdır" - deyə F.Mustafa vurğulayıb.