BAKI, 14 noyabr — Sputnik. Avstraliyanın Melburn şəhərinin mağazalarında daxilində tikiş iynəsi olan armudlar aşkar edilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, sentyabrın əvvəllərində Avstraliyada almada, manqoda, bananda və çiyələkdə tapılmışdı.
Brisbendə isə bir sakin giləmeyvənin içində iynəni görmədiyi üçün yedikdən sonra xəstəxanaya düşmüşdü.
İynələr müxtəlif istehsalçı şirkətlərin məhsullarında vardı. Ölkənin baş naziri Skot Morisson məhsulların daxilinə iynə salan cinayətkarlar üçün cəzanın sərtləşdirildiyini – 15 ilə qədər azadlıqdan məhrum edilmə cəzasının tətbiq ediləcəyini bildirmişdi.
Bundan sonra yerli polis çiyələyə iynə daxil edən yeniyetməni həbs etmişdi. Lakin o təqlidçi olduğu üçün heç bir cəzaya məhkum edilməmişdi.
Uzun sürən istintaqdan sonra noyabrın əvvəlində hüquq mühafizə orqanları əməkdaşları əsl cinayətkarlardan birini həbs etmişdi. O 50 yaşlı ferma işçisi May Ut Trinx idi. Müəyyən edilmişdi ki, o, istehsalçını pis əmək şərtlərinə görə, cəzalandırmaq istəyirmiş.