CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hadi Rəcəbli demoqrafik problemdən çıxış yolunu göstərdi

"Yeni doğulan uşaqlara verilən birdəfəlik müavinət artırılmalıdır"
Sputnik

BAKI, 14 noyabr-Sputnik. “Azərbaycanda təbii artım ilbəil çoxalsa da, demoqrafik tənzimləmə baxımından son illər doğuşda ciddi azalma müşahidə olunur”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Komitə sədri bildirib ki, 2011-ci ildə 176 min 72 uşaq dünyaya gəlmişdisə, 2017-ci ildə bu rəqəm 144 min 41 olub. Bu ilin 9 ayının göstəricisi də xoşagələn deyil. Burada 103 min rəqəmi bizi düşündürür.

Problemin həlli məqsədi ilə Hadi Rəcəbli 2019-cu ilin büdcəsində doğuma görə birdəfəlik müavinətin artırılmasını xahiş edib.