Fransanın maliyyə naziri Bruno le Mer Avropanı ABŞ və Çinə bənzəyən “imperiya”ya çevirmək barədə çağırış edib.
Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Fransa hər zaman ABŞ-la müəyyən qədər məsafə saxlamağa çalışıb:
“Ola bilsin ki, Fransa Avropa çərçivəsində hərbi qüvvələrin yaranmasına nail olsun. Ancaq imperiya yaratmaq təşəbbüsünün digər Avropa dövlətləri tərəfindən razılıqla qarşılanacağını düşünmürəm. Hər bir Avropa dövlətinin özünəməxsus prioritetləri var. Belə bir şəraitdə hansısa monolit imperiya yaratmaq çox mürəkkəb məsələdir. Öz növbəsində ABŞ da hesab edir ki, Fransanın bu ideyası həyata keçirilə bilməz”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz