İQTİSADİYYAT

Rusiyadan rekord miqdarda pul apardılar

Təkcə oktyabr ayında ölkədən 10,3 milyard çıxarılıb
Sputnik

BAKI, 13 noyabr — Sputnik. 2018-ci ilin 10 ayı ərzində Rusiyadan 42,2 milyard dollar sərmayə çıxarılıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bankının məlumatında deyilir. Bu rəqəm ötən il müqayisədə 3 dəfə çoxdur.

Tənzimləyici məlumatlarına görə, kapital axınının təsirinə iki əsas amil təsir göstərib. Bura bankların xarici borcunu geri qaytarması və iqtisadiyyatın digər sektorlarına xarici sərmayə qoyulması olub.

Putin Azərbaycana milyardlar gətirəcək qərarı imzaladı

Daha əvvəl Mərkəzi Bank yanvar-sentyabr ayının hesabatını açıqlamışdı. Bu hesabata görə, sərmayə çıxarışı 31,9 milyard olmuşdu. Bu da o deməkdir ki, təkcə oktyabr ayında ölkədən 10,3 milyard çıxarılıb.

Qeyd edək ki, əlverişli qiymət şəraitinə görə, Rusiya ticarət balansını yaxşılaşdırmağa müvəffəq olub. Belə ki, ticarət balansının profisiti 154 milyard dollar olub. Ötən il isə bu rəqəm 90,5 milyard dollar idi.

Bununla yanaşı, Mərkəzi Bankın qızıl valyuta ehtiyatı 35,7 milyard dollar artıb. Burada əsas rolu milli ehtiyat Fondu oynayıb. O, neft-qaz gəlirlərinin hesabına artırılıb.

Mərkəzi Bankın proqnozuna görə, sərmayə çıxarışı ilin sonuna qədər 66 milyard dollar ola bilər. Bu isə 2014-cü ildəki göstəricidən sonra ikinci yüksək göstərici olacaq.