CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclis gözlənilən ciddi dəyişikliklərin müzakirəsinə başladı

Parlamentdə 2019-cu il dövlət büdcəsi zərfinin müzakirəsi gedir
Sputnik

BAKI, 13 noyabr — Sputnik. Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, noyabrın 13, 14 və 15-də keçiriləcək iclasların gündəliyinə 11 məsələ daxildir.

İlk olaraq "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinə baxılacaq.

Ekspert: “Yeni qanun uşaqların internetdən istifadəsində faydalı olacaq”

"Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirə ediləcək.

Milli Məclisin və Hesablama Palatasının 2019-cu il üçün xərclər smetasına baxılacaq.

Azərbaycan Respublikası 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq.

"Notariat haqqında" qanunda dəyişikliyə baxılacaq.