İQTİSADİYYAT

Mərkəzi Bank yeni məzənnəni açıqladı

Bir avronun məzənnəsi 0,67% azalaraq 1,9117 manat olub
Sputnik

BAKI, 13 noyabr - Sputnik. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Bir avronun məzənnəsi 0,67% azalaraq 1,9117 manat, Rusiya rublunun məzənnəsi isə 0,4% geriləyərək 0,0251 manat təşkil edib.

100 İran rialı 0.0040, 1 Türkiyə lirəsi 0.3110, 1 gürcü larisi 0.6285 manatdır.