HADİSƏ

Bərdədə dəhşətli faciə: Hamilə arvadına görə inanılmaz addım atdı

Cavan oğlan özünü toy mərasimindən sonra evdə qalan qırmızı lentin köməyilə asıb
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 13 noyabr — Sputnik. Bərdə rayonunda cavan oğlan hamilə həyat yoldaşını döşəmədə görərkən ağlasığmaz üsula əl atıb. Bu barədə Sputnik Azərbaycan-a Bərdə rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Faciə rayonun Zümürxan kəndində noyabrın 11-dən 12-nə keçən gecə baş verib. 1997-ci il təvəllüdlü Əmiraslanov Təvəkkül Qəhrəman oğlu yaşadığı evin pilləkəninin altından özünü asıb. Oğlan toy mərasimindən sonra evdə qalan qırmızı lentin köməyilə canına qəsd edib.

Sevdiyi qızı nişanladılar, intihar etdi

Araşdırma zamanı intiharın hansı şəraitdə baş verdiyi məlum olub. Belə ki, həmin gün axşam saat 21:00-da evə gələn Əmiraslanov həyat yoldaşı, səkkiz aylıq hamilə olan 1998-ci il təvəllüdlü Əmiraslanova Aysel Ramiz qızının döşəmənin üstündə uzandığını görüb. Məlum olub ki, həmin vaxt həyat yoldaşının epileptik tutmaları başlayıb. Lakin Əmiraslanov təcili tibbi yardım çağırmaq əvəzinə problemin həllini daha radikal üsula əl atmaqda - həyatdan köçməkdə görüb. Gənc qadın özünə gələndə, əri artıq həyatda yox imiş.

Əldə etdiyimiz məlumata görə, Aysel Əmiraslanova epilepsiyanın yüngül formasından əziyyət çəkirmiş. Əmiraslanovlar bu ilin yanvarında ailə həyatı qurublar.

Hazırda Bərdə rayon prokurorluğu intihar faktını araşdırmaqla məşğuldur.