Açıq-saçıq paltarına görə Luvrdan qovuldu

Bəzi izləyicilər mühafizəçiyə haqq qazandıraraq modeli "fahişə" adlandırıb
Sputnik

BAKI, 13 noyabr — Sputnik. Avstraliyalı model və bloqqer Neyşu Siyex açıq-saçıq geyiminə görə Luvr muzeyindən qovulub.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Instagramda 25 yaşlı Siyexin dərin dekolteli, qısa qara paltarda fotosu paylaşılıb.

"Dünən Luvrun girişində mühafizəçi məni xarici görkəmimə görə saxladı. O qışqırdı, mənim ünvanıma nalayiq jestlə göstərdi və gözlərində nifrətlə mənə örtünməyi əmr etdi" deyən model bu hadisənin onun ürəyini sındırdığını bildirib.

Modelin bəzi izləyiciləri mühafizəçiyə haqq qazandıraraq modeli "fahişə" adlandırıblar.

"O, yəqin ki, Luvru alış-veriş mərkəzi ilə səhv salıb" deyə yazan da olub.