Ötən həftə ABŞ-da Senata keçirilən aralıq seçkilərində prezident Donald Trampın da təmsil olunduğu hakim Respublikaçılar Partiyası qalib gəldi.
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, seçkilərin nəticəsi yaxın illərdə Respublikaçılar və Demokratlar arasında rəqabətin artacağını göstərir:
“Bu rəqabət ABŞ-ın daxili siyasi stabilliyinə də təsir göstərəcək. Nəticələr göstərir ki, Demokratların tərəfdarları getdikcə artır. Bundan sonra Respublikaçıların nüfuzu azalacaq. Lakin Respublikaçılar müqavimət göstərməyi bacarırlar və bu gedişat ABŞ-ın xarici siyasətinə təsirsiz ötüşməyəcək. Yəni, daxili və xarici siyasətdə müəyyən ziddiyyətlər özünü büruzə verə bilər”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz