HADİSƏ

Şabranda 13 yaşlı uşağı maşın vurdu

Hadisəni törədən şəxs kəndin bələdiyyə sədrinin oğludur
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 12 noyabr — Sputnik. Şabran rayonunun Uzunboyad kəndi ərazisində axşam saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Spunik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, kənd sakini Tofiq Rafiq oğlu Muradov idarə etdiyi "VAZ-2107" markalı, 90-XF-512 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 13 yaşlı Səkinə Ramin qızı İsmayılovanı vurub. Azyaşlı təcili xəstəxanaya yerləşdirilib. Avtomobilin sürücüsü T.Muradov da yüngül xəsarətlər alıb.

Hadisə havanın yağışlı olması səbəbindən maşının qəfil sürüşməsi nəticəsində baş verib.

Onu da qeyd edək ki, T.Muradov kəndin bələdiyyə sədrinin oğludur.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.