CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin binasının açılışını etdi

Dövlət başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib
Sputnik

BAKI, 12 noyabr — Sputnik. Noyabrın 12-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışı olub.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin binasının açılışını etdi

Dövlət başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib.

Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev binada yaradılan şərait barədə məlumat veriblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada innovativ layihələrlə də tanış olublar.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “Elektron hökumət”in yeni inkişaf konsepsiyası barədə də ətraflı məlumat verilib.